Cəbəllüttariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Cəbəllüttariq klubunun rəsmi saytı məlumat yayıb.

Bütün tribunalar üçün qiymətlər eynidir. Bir biletin qiyməti 5 funt sterlinqdir.

İyulun 11-də “Viktoriya” stadionunda baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp