2023-24 mövsümündə avrokuboklar üçün ayrılan büdcə açıqlanıb. Futbolinfo.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsindən etibarən klublara nə qədər ödəniş olacağını bəyan edib.

Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən qoşulan “Qarabağ” ilk dörd mərhələni adlaya bilsə, qrupa qatıldığı üçün 15,64 milyon avroluq gəlir əldə edəcək. Klublar qrupda hər qələbəyə görə 2,8 milyon, heç-heçə təqdirində isə 930 min avro qazanacaqlar. Qrupdan sonrakı hər mərhələ komandaların büdcələrinə əlavə qazanc əlavə etmələri ilə nəticələnəcək.

Bu proses Avropa Liqası və Konfrans Liqası üçün də keçərli olacaq. Sadəcə, həmin turnirlərdəki qazanc Çempionlar Liqası ilə müqayisədə az olacaq. Konfrans Liqasında iştirak edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”dən hansı qrupa düşə bilsə, buna görə UEFA-dan 2,94 milyon avro pul alacaq. Qrup mərhələsindəki hər qələbənin qazancı isə 500 min avro təşkil edəcək.

Çempionlar Liqası

Qrupa vəsiqə – 15,64 milyon avro

Hər qələbə – 2,8 milyon

Hər heç-heçə – 930 min

1/8 finala vəsiqə – 9,6 milyon

1/4 finala vəsiqə – 10,6 milyon

Yarımfinala vəsiqə – 12,5 milyon

Finala vəsiqə – 15,5 milyon

Çempion – 20 milyon

Avropa Liqası

Qrupa vəsiqə – 3,63 milyon avro

Hər qələbə – 630 min

Hər heç-heçə – 210 min

1/8 finala vəsiqə – 1,2 milyon

1/4 finala vəsiqə – 1,8 milyon

Yarımfinala vəsiqə – 2,8 milyon

Finala vəsiqə – 4,6 milyon

Çempion – 8,6 milyon

Konfrans Liqası

Qrupa vəsiqə – 2,94 milyon avro

Hər qələbə – 500 min

Hər heç-heçə – 166 min

1/8 finala vəsiqə – 600 min

1/4 finala vəsiqə – 1 milyon

Yarımfinala vəsiqə – 2 milyon

Finala vəsiqə – 3 milyon

Çempion – 5 milyon

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp