“Qalatasaray”ın əfsanəvi məşqçisi Fatih Terim Azərbaycanda çalışa bilər. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu təcrübəli mütəxəssisin keçmiş köməkçisi Necati Ateş açıqlayıb.
O bildirib ki, Terim hələ də karyerasını bitirmək barədə düşünmür. “Qalatasaray”ın sabiq hücumçusu bildirib ki, keçmiş çalışdırıcısı Azərbaycanla yanaşı, Qətərdən də təklif alıb: “Terim Türkiyədə ancaq “Qalatasaray”da işləyər. Azərbaycan və Qətərdən isə həmişə təklif gəlir. O, “Fiorentina” əfsanəsidir, İtaliyadan da təklif ala bilər”.
Qeyd edək ki, Fatih Terim son olaraq 2017-2022-ci illərdə “Qalatasaray”ı çalışdırıb.