“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsində “Jelezniçar”la səfərdə keçirdiyi oyunda insident baş verib. Futbolinfo.az “radiosarajevo.ba” saytına istinadən xəbər verir ki, “Qrbavitsa” stadionunda baş verən xoşagəlməz hadisənin səbəbkarı qonaq komandanın azarkeşləri olub.

Xəbərdə bildirilir ki, bir qrup “Neftçi” azarkeşi sərxoş vəziyyətdə davranışı ilə arenada yaranmış ab-havanı korlayıb. Azarkeşlərin hətta iki uşağın olduğu ailəyə hücum çəkdikləri və onların tribunadan göz yaşları içində ayrılmalarına səbəb olduqları iddia edilib.

Guya yalnız polisin müdaxiləsindən sonra qərb tribunasındakı gərginliyin aradan qalxdığı vurğulanıb.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab görüşü avqustun 3-də Bakıda keçiriləcək.

Shares: