Əlcəzair millisinin futbolçusu Riyad Mahrez “Mançester Siti”dən ayrılıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasına keçib.

Təcrübəli oyunçunun Ciddə təmsilçisinə transferi 30 milyon avroya başa gəlib.

Mahrez “Mançester Siti”yə 2018-ci ildə “Lester Siti”dən keçmişdi. O, bu komandada 236 oyuna 78 qol vurub.

Shares: