“Krasnodar” akademiyasının sabiq məşqçisi Mxitar Davidyan hazırda “Sabah”ın baş məşqçisi olan Murad Musayev barədə fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, erməni əsilli rusiyalı mütəxəssis həmkarı barədə xoş sözlər işlədib.

O, Murad Musayevin çalışdırdığı komandaların uğurlarının sirrini 40 yaşlı çalışdırıcının iş prinsipində görür: “Murad Musayevlə eyni gündə “Krasnodar” strukturuna işə başlamışıq. O, məqsədyönlü, bacarıqlı, savadlı insandır, üstəlik, yaxşı məşqçidir. Musayevin futbola öz baxışı var, onu təbliğ edir. Bunun sayəsində komandaları yaxşı nəticələr göstərir. Üzvlərini yaxşı tanıdığım məşqçilər korpusu ilə Murad Musayev Avropada rahat işləyə bilər”.

Qeyd edək ki, Murad Musayev 2005-2018-ci illərdə “Krasnodar” akademiyasında, 2018-2021-ci illərdə isə əsas komandasında çalışıb. Rusiyalı mütəxəssis 2021-ci ildən “Sabah”ın “sükanı arxasındadır”.

Shares: