Ölkə futbolu

Ruqani Bakıdakı qələbədən məmnundur

183155679 d077acad 49d8 4a71 8c28 9f4bf7040fc1 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Niderlandın “Ayaks” klubunun futbolçusu Daniele Ruqani UEFA Avropa Liqasının 3-cü turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mərkəz müdafiəçisi 3:0 hesablı qələbədən məmnunluğunu bildirib.

30 yaşlı oyunçu yenidən start heyətində çıxış etməsinə də münasibət bildirib: “Oyun asan keçmədi. Biz yenə də öz işimizi gördük və bundan razıyıq. O ki qaldı öz performansıma, əvvəlki formamı bərpa etmək üçün məşqlərdə bütün gücümlə çalışıram. Müəyyən fasilədən sonra start heyətində meydana çıxdım. Oranın daimi üzvü olmaq üçün vaxt lazımdır”.

Qeyd edək ki, Ruqani “Qarabağ”la görüşün 59-cu dəqiqəsində əvəzlənib.

Shares: