“Sabah” Misli Premyer Liqasının IV turunda “Zirə”ni 5 cavabsız qolla üstələyərək çempionatda 25-ci böyükhesablı qələbəsini qazanıb.
Futbolinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı təmsilçisi evdə 16-cı, ümumilikdə isə 25-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib. Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv ən azı 25 belə qələbəsi olan 11-ci komanda olub.
Qeyd edək ki, “Sabah” ilk böyükhesablı qələbəsini 2019-cu il sentyabrın 29-da “Səbail” üzərində qazanıb (3:0).

