Ölkə futbolu

Koxalskinin yeni klubu bəllidir

GT6g5zSXIAAbrQO - Futbolinfo.az

“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin ölkəsi Polşaya köçməsi an məsələsidir. Artıq bu barədə oyunçu özü müsahibə verib, ağdamlıların baş məşqçisi Qurban Qurbanov da xəbəri təkzib etməyib.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı qolkiper yenidən Ekstraklasada çalışacaq. Belə ki, Koxalski Polşa yüksək liqasının debütantı “Vyeçista Krakov”la anlaşıb. Adıçəkilən komanda “transfer pəncərəsi”ni məhz onun keçidi ilə başa vurmağa hazırlaşır.

Bildirilib ki, sürpriz baş verməsə, “Vyeçista Krakov” tezliklə Koxalskinin transferini rəsmən açıqlayacaq.

Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”a 2024-cü ildə “Stal Mieleç”dən keçib. O, ağdamlıların heyətində 76 oyuna çıxıb, onun 28-də qapısını toxunulmaz saxlayıb.

“Qarabağ”ın Koxalskini hansı məbləğ qarşılığında sərbəst buraxacağı bəlli deyil.

Shares: