Digər idman növləri

Türkiyə ikinci dəfə Avropa çempionu oldu

WfFwdTsE1cYySssG68m1sFL9vD4XK6tOPt4FhbHH 1200 - Futbolinfo.az

Qadın voleybolçulardan ibarət Türkiyə milli komandası Avropa çempionatının qalibi olub.

Futbolinfo.az xəbər verir ki, “Filenin Sultanları” turnirin həlledici final matçında İtaliya yığması ilə qarşı-qarşıya gəlib.

İstanbuldakı “Sinan Erdem” idman zalında təşkil olunan gərgin və dramatik keçən qarşılaşmada Türkiyə seçməsi rəqibini 3:2 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu zəfərlə komanda tarixində ikinci dəfə Avropa çempionluğu tituluna yiyələnib. “Ay-ulduzlular” analoji uğura ilk dəfə 2023-cü ildə imza atmışdılar.

Türkiyə millisi çempionluq yolunda 1/8 final mərhələsində Azərbaycan yığmasını mübarizədən kənarlaşdırmışdı.

Shares: