“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 4-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesablı qələbəni belə şərh edib:
“Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün bizim üçün yaxşı oyundan daha vacibi qələbə idi. Sırf psixoloji cəhətdən deyirəm. Pis oynamadıq. Amma məqamlar var ki, üzərində işləməliyik.
Çempionat uzundur, nəsə haqda indidən danışmaq tezdir. Mövsümün sonunda vəziyyətə baxarıq.
Hakimlərin işinə qarışmaq istəmirəm. Bugünkü epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda hiss etmişdimsə, bu dəfə hiss etmədim və qol olduğunu deyə bilmərəm”.

