Türkiyənin “Qalatasaray” klubunun futbolçuları Viktor Osimhen və Mario Lemina üç həftə yaşıl meydanlardan kənarda qalacaqlar.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, oyunçular zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.
Hər ikisinin əzələsində problem aşkarlanıb.
Xatırladaq ki, Osimhen və Lemina “Başakşehir”ə 3:2 hesabı ilə qalib gəldikləri Super Liqanın 4-cü turunun oyununda zədələniblər.

