Dünya futbolu

Ronaldolu “Əl-Nəsr”in mövsümdə ilk məğlubiyyəti

ronaldo1767122600 - Futbolinfo.az

Beşqat “Qızıl top” sahibi Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda “Əl-İttihad”a 1:2 hesabı ilə uduzaraq cari mövsümdə ilk məğlubiyyətini alıb.

Futbolinfo.az xəbər verir ki, 41 yaşlı Ronaldo matçın sonuna qədər meydanda olub, lakin məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanının hazırkı çempionudur. Beş turdan sonra komanda 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Əl-İttihad” isə 11 xalla dördüncü sırada yer alıb.

Növbəti turda “Əl-Nəsr” sentyabrın 9-da doğma meydanda “Abha” ilə qarşılaşacaq.

Shares: