Digər idman növləri

“Neftçi SOCAR” Monqolustan təmsilçisinə qarşı

MZcU8h5yEeSiNbvNzAXA0uih7Zck12OFMUVqzE2z 1200 - Futbolinfo.az

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununa bu gün çıxacaq. Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Xatırladaq ki, “Neftçi SOCAR” ötən gün A qrupunda Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 12:22.

Shares: