Ölkə futbolu

“Nəticə oyuna görə olmadı” – Kandido

kandido - Futbolinfo.az

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Premyer Liqanın 4-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

“İlk təəssüratlarım bu yöndədir ki, nəticə oyuna görə olmadı. Bu gün xal və xallar qazana bilərdik. Baş məşqçi kimi nəticədən narazı olsam da, oyunumuzda gördüyüm irəliləyiş məni qane etdi. Düşünürəm ki, qarşıdakı matçlarda daha da yaxşı oyun nümayiş etdirəcəyik. Oyun ərzində bir neçə real epizodumuz oldu. Təəssüflər olsun ki onları qola çevirə bilmədik. Düşünürəm ki komandamda çatışmayan cəhət məhz budur. “Turan Tovuz” kimi iddialı kollektivlərə qarşı belə epizodları dəyərləndirə bilməyəcəksənsə, bu cür nəticə qaçılmazdır”.

Shares: