Fransanın PSJ komandasının baş məşqçisi Luis Enrikenin yeni müqaviləsinə əsasən ümumi qazancı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.
İspaniyalı mütəxəssisin Paris klubundakı ümumi gəliri 20 milyon avroya çatıb. Əvvəlki sözləşmədə bu rəqəm 12 milyon avro idi.
Xatırladaq ki, PSJ sentyabrın 4-də Enrikenin müqaviləsinin müddətinin 2030-cu ilin yayınadək uzadıldığını açıqlayıb. O, 2023-cü ildən bu komandada işləyir və müxtəlif titullar qazanıb.

