Milli komanda

Millimizin qapıçısı “Sabah”la müqavilə bağladı

239979 yok06vs6bz - Futbolinfo.az

Futbol üzrə Azərbaycan qadın millisinin üzvü Nərgiz Əliyeva yeni mövsümdə “Sabah”ın heyətində çıxış edəcək.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı qapıçı Azərbaycan Yüksək Qızlar Liqasında mübarizə aparan Bakı təmsilçisi ilə 2026/27 mövsümünü əhatə edən müqavilə imzalayıb.

Bu barədə Azərbaycan milli komandasının mətbuat xidməti məlumat yayıb.

Nərgiz Əliyeva ötən mövsümün bir hissəsini Türkiyənin “Giresun Sanayispor” klubunda keçirib.

Qeyd edək ki, Nərgiz Əliyeva Millətlər Liqasında keçirdiyi beş oyunda altı qol buraxıb. O, 2022-ci ildən milliyə dəvət alır.

Shares: