Ölkə futbolu

Toral bu gün vinger kimi oynaya bilər

toral - Futbolinfo.az

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” bu gün Türkiyə I Liqasının 6-cı turunda “Manisa”nın qonağı olacaq.

Futbolinfo.az xəbər verir ki, Bursa klubu səfərə bir aparıcı futbolçusundan məhrum yollanıb. Belə ki, fransalı vinger Amine Butrah zədə səbəbindən Manisaya aparılmayıb.

Baş məşqçi Mustafa Er bu üzdən bəzi dəyişikliklər etməyi planlaşdırır. Butrahın təxminən 3 həftəlik sıradan çıxdığını nəzərə alan çalışdırıcı üçün variantlardan biri də sol cinah müdafiəçisi Toral Bayramovu vinger mövqeyində oynatmaqdır.

Qeyd edək ki, bu gün keçiriləcək “Manisa” – “Bursaspor” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Shares: