“Turan Tovuz” Premyer Liqada 100-cü ev qoluna imza atıb.
Yubiley qolunu Xorxe Silva vurub. O, Misli Premyer Liqasının IV turunun “Sumqayıt”la görüşündə qələbə (2:1) topunun müəllifi olub.
Bu, komandanın turnirdəki 73-cü ev görüşünə təsadüf edib. “Turan Tovuz” Premyer Liqada 100 və daha çox qol vuran 24-cü komanda olub.
Qeyd edək ki, klub tarixində Premyer Liqadakı ilk qol 2022-ci il sentyabrın 9-da vurulub. “Kəpəz”lə görüşdə (2:0) hesabı Runi Eva açıb.

