Almaniyanın paytaxtı Berlində keçirilən qadınlar arasında basketbol üzrə dünya çempionatında qrup mərhələsində 2-ci turun oyunları başa çatıb.
C qrupunda Avstraliya Türkiyəni 82:71 hesabı ilə məğlub edərək ikinci qələbəsini qazanıb, Belçika isə Puerto-Rikonu 76:64 hesabı ilə üstələyib. Bu nəticələrdən sonra Avstraliya və Belçika hərəyə iki qələbə ilə qrupun ilk iki pilləsini bölüşür, Puerto-Riko və Türkiyə isə iki məğlubiyyətlə sonrakı yerlərdə qərarlaşıb.
D qrupunda ABŞ millisi İtaliya üzərində 55:52 hesablı çətin qələbə qazanıb, Çin isə Çexiyanı əlavə vaxtda 74:70 hesabı ilə məğlub edib. Beləliklə, ABŞ iki qələbə ilə qrup lideridir, İtaliya və Çin bir qələbə ilə müvafiq olaraq ikinci və üçüncü yerləri tutur, Çexiya isə iki məğlubiyyətlə sonuncudur.
B qrupunda isə Fransa iki oyundan sonra iki qələbə ilə ilk sıradadır. Cənubi Koreya və Macarıstanın hərəsinin bir qələbəsi, Nigeriyanın iki məğlubiyyəti var.
Qeyd edək ki, turnirin qrup mərhələsinin qalibləri birbaşa 1/4 finala yüksələcək, ikinci və üçüncü yerləri tutan komandalar isə pley-in mərhələsində mübarizə aparacaq.

