“Çelsi” növbəti transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu 23 milyon avroya yeni qapıçı alıb.

Londonlular Premyer Liqanın digər təmsilçisi “Brayton”un üzvü Robert Sançesi heyətə cəlb ediblər. 25 yaşlı futbolçu “zadəganlar”la 7 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvü yeni komandasında uğurlu çıxış edərsə, “Brayton” daha 5 milyon avro bonus qazanacaq.

Sançes 2022/2023 mövsümündə “Brayton”un heyətində 25 oyuna çıxıb, 30 qol buraxıb. O, 2021-ci ildən İspaniya yığmasına çağırılır.

Shares: