Bu gün Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçiləri – “Neftçi” və “Sabah” da bu gün meydana çıxacaq. Klublarımız müvafiq olaraq Türkiyənin “Beşiktaş” (ilk oyun 1:3) və Serbiyanın “Partizan” (2:0) komandasının qonağı olacaqlar.

Artıq bir komanda pley-offa vəsiqəni təmin edib. Estoniyanın “Flora” komandasını mübarizədən kənarlaşdırmağı bacaran “Farul” (Rumıniya) növbəti mərhələdəki rəqibini gözləyir. Bu komanda pley-offda Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – HJK (Finlandiya) cütünün məğlubu ilə görüşəcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
17 avqust

20:00. “Aktobe” (Qazaxıstan) – “Sepsi” (Rumıniya) (1:1)
20:00. “Linkoln” (Cəbəllüttariq) – “Ballkani” (Kosovo) (0:2)
20:00. “Poqon” (Polşa) – “Gent” (Belçika) (0:5)
20:00. “Pünik” (Ermənistan) – “Bodo Qlimt” (Norveç) (0:3)
21:00. APOEL (Nikosiya, Kipr) – “Dila” (Gürcüstan) (2:0)
21:00. “Austriya” (Avstriya) – “Legiya” (Polşa) (2:1)
21:00. “Beşiktaş” (Türkiyə) – “Neftçi” (Azərbaycan) (3:1)
21:00. “Brann” (Norveç) – “Aroka” (Portuqaliya) (1:2)
21:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Saloniki, Yunanıstan) (0:1)
21:00. “Ferentsvaroş” (Macarıstan) – “Hamrun Spartans” (Malta) (6:1)
21:00. “Qzira Yunayted” (Malta) – “Viktoriya” (Plzen, Çexiya) (0:4)
21:00. “Levski” (Bolqarıstan) – “Hapoel” (Beer-Şeva, İsrail) (0:0)
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – AEK (Larnaka, Kipr) (1:1)
21:00. “Nordsyelland” (Danimarka) – “Styaua” (Rumıniya) (0:0)
21:00. “Riqa” (Latviya) – “Tvente” (Niderland) (0:2)
21:30. PAOK (Yunanıstan) – “Hayduk” (Split, Xorvatiya) (0:0)
21:45. “Midtyulland” (Danimarka) – “Omoniya” (Kipr) (0:1)
22:00. “Svift” (Lüksemburq) – “Struqa” (Şimali Makedoniya) (1:3)
22:00. “Akureyri” (İslandiya) – “Brügge” (Belçika) (1:5)
22:00. “Neman” (Belarus) – “Çelye” (Sloveniya) (0:1)
22:00. “Osiyek” (Xorvatiya) – “Adana Dəmirspor” (Türkiyə) (1:5)
22:00. “Partizani” (Albaniya) – “Valmiera” (Latviya) (2:1)
22:00. “Spartak” (Trnava, Slovakiya) – “Lex” (Polşa) (1:2)
22:15. “Maribor” (Sloveniya) – “Fənərbaxça” (Türkiyə) (1:3)
22:15. “Riyeka” (Xorvatiya) – “B36 Torshavn” (Farer adaları) (3:1)
22:45. “Alkmaar” (Niderland) – “Santa Koloma” (Andorra) (1:0)
22:45. “Derri Siti” (İrlandiya) – “Tobol” (Qazaxıstan) (0:1)
22:45. “Hart” (Şotlandiya) – “Rusenborq” (Norveç) (1:2)
22:45. “Lütsern” (İsveçrə) – “Hibernian” (Şotlandiya) (1:3)
23:00. “Debretsen” (Macarıstan) – “Rapid” (Vyana, Avstriya) (0:0)
23:00. “Partizan” (Serbiya) – “Sabah” (Azərbaycan) (0:2)

Shares: