“Mançester Yunayted” Lük Şouya əvəzedici axtarır. Zədələnərək uzun müddətə sıradan çıxan sol cinah müdafiəçisinə tezlikcə əvəzedici tapılmalıdır.

Futbolinfo.az xəbər verir ki, koandanın baş məşqçisi Erik ten Haq transfer pəncərəsi bağlanana kimi bu məsələni həll etməli olduqlarını deyir: “Ən yaxşı namizədi tapmalıyıq. Bunu qısa müddətdə etmək çətindir, lakin çalışacağıq”.

Təcrübəli mütəxəssis istədikləri səviyyədə oyunçu tapmasalar, indiki heyətlə yola davam edəcəklərini bildirib: “Amma layiqli namizəd olmasa, transfer etməyəcəyik. Zənnimcə, mövcud heyətlə də davam etmək, əlimizdəki futbolçularla kifayətlənmək olar”.

Xatırladaq ki, əzələ problemi olan Şounun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Shares: