“Neftçi” yeni müqavilələrə hazırlaşır. Bakılılar bu gün iki rəsmi anlaşmanı elan etməlidir.

Futbolinfo.az xəbər verir ki, bir neçə gündür Bakıda olan yarımmüdafiəçi Dieqo Valdeslə danışıqlar yekunlaşıb. Paraqvaylı oyunçu ilə 1+1 illik müqavilə rəsmən elan olunacaq. 29 yaşlı legionerin 6 nömrəli formanı geyəcəyi də dəqiqdir.

Digər müqavilə İsmayıl Zülfüqarlı ilə bağlıdır. Klubun yetrməsi olan, 2019-cu ildən əsas heyətə cəlb olunan 22 yaşlı futbolçu bu gün bir illik yeni müqaviləyə imza atacaq. Anlaşması başa çatan futbolçunu itirmək istəməyən “Neftçi” onunla çoxdan əldə edilmiş razılaşmanı rəsmiləşdirəcək.

Shares: