“Mançester Yunayted” transfer pəncərəsinin bağlanması ərəfəsində yeni keçidə hazırlaşır. Mankunianlar “Çelsi”nin futbolçusunu icarəyə götürmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, Mark Kukurelia tezliklə “qırmızı şeytan” ola bilər. Mançesterlilər əsas rəqibinin heyətinə düşməkdə çətinlik çəkən oyunçu üçün rəsmi təklif göndərib. Londonlular hələ cavab verməsə də, keçidin əleyhinə deyil.

“Yunayted”i qəfil seçimə vadar edən Lük Şounun zədələnməsidir. Bir neçə aylıq sıradan çıxan sol cinah müdfiəçisini əvəz etmək üçün ən layiqli namizəd məhz Kukurelia sayılır.

Ötən yay 65 milyon avroya “Brayton”dan alınan 25 yaşlı ispaniyalı müdafiəçi yeni baş məşqçi Maurutsio Poçettinonun planlarına daxil deyil. 2028-ci ilədək müqaviləsi olan oyunçunu sata bilməyən “Çelsi” onu icarəyə göndərməyə isti yanaşır.

Shares: