“İnter Mayami” MLS-də növbəti oyununa çıxıb. Mayami təmsilçisi səfərdə “Nyu York Red Bullz” komandasını məğlub edib (2:0).

Futbolinfo.az xəbər verir ki, bu matç Lionel Messi üçün əlamətdar olub. O, MLS-də “İnter Mayami”nin heyətində debüt edib və qol hesabını açıb.

Argentinalı futbolçu matçdan sonra jurnalistlərə açıqlama verməkdən imtina edib. Messi bu səbəbdən cəzalı duruma düşə bilər.

Son dünya çempionu yay transfer pəncərəsində azad agent kimi “İnter Mayami”yə keçib.

Shares: