Azərbaycan şahmatçısı Günay Məmmədzadənin heyətində yer aldığı Hindistanın “Team MGD1” klubu Almaniyanın Düsseldorf şəhərində keçirilən rapid üzrə komandalararası dünya çempionatını bürünc medalla başa vurub.

Futbolinfo.az xəbər verir ki, Hindistan təmsilçisi 36 komandanın iştirak etdiyi yarışda 18 xalla üçüncü yeri tutub.

Məmmədzadə “Team MGD1” klubunun heyətində keçirdiyi 4 oyunda 3 xal toplayıb.

“WR Chess” 22 xalla dünya çempionu olubsa, “Freedom” (20 xal) komandası gümüş medalla kifayətlənib.

Shares: