Ansu Fati “Barselona”dan ayrılmaq ərəfəsindədir. İspaniya mətbuatı gənc oyunçunun indiyədək heç vaxt vidaya bu qədər yaxın olmadığını yazır.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Xavi Ernandesin əsas heyətdə oynatmağı düşünmədiyini aşkar çəkildə bildirdiyi istedadlı hücumçu seçim etməlidir. O, ya ehtiyatda əyləşib zamanını gözləməli, ya da real təklif aldığı “Çelsi” və “Tottenhem”dən birinin təklifini dəyərləndirməlidir. Görünən odur ki, onu tezliklə Prenyer Liqa klublarından birində görəcəyik.

Yetirməsi olduğu “Barselona” ilə 2027-ci ilin yayınadək müqaviləsi olan 20 yaşlı Ansunun transfer dəyəri hazırda 35 milyon avroya düşüb. Halbuki klub onunla anlaşmanın müddətini uzadarkən bir milyard avroluq sərbəstqalma bəndi qoymuşdu.

Shares: