“Yuventus” klubu futbolçusu Kənan Yıldızla müqavilənin müddətini artıracaq. Bu barədə Fabrisio Romano məlumat verib.
Məlumata görə , klub rəhbərliyi 18 yaşlı türk futbolçunun irəliləyişindən məmnundur. Böyük ehtimalla onunla 2027-ci ilin sonuna qədər yeni sözləşmə imzalanacaq.
Son mövsümdə Yıldız “Yuventus”un gənclər komandasının heyətində 45 oyunda meydana çıxıb. Bu qarşılaşmalarda forvard 15 dəfə qol vurub və 7 məhsuldar ötürmə edib.