“Ferrari” komandası bu həftəsonu Monzada keçiriləcək İtaliya qran-prisi üçün bolidlərin yeni çalarını nümayiş etdirib. Komanda Şarl Lekler və Karlos Saynsın avtomobilləri üçün xüsusi dizayn təqdim edib.
Maşınlar ənənəvi qırmızı rəngi qoruyub saxlayıb. Lakin SF23-ün mühərrikinin qapağına sarı və qara rənglər əlavə edilib. Bu, İtaliya komandasının “Le Manın 24 saatı” marafonunda qalib gələn “Ferrari 499P” hiperkarının livreyasına istinaddır.
Avtomobilin yeni rənglərinə əlavə olaraq, Lekler və Sayns yarış kombinezonlarını dəyişdirəcəklər. Bundan əlavə, “Skuderiya” həvəskarları məhdud sayda yenilənmiş rənglərdə papaqlar və formalar ala biləcəklər.