“Araz-Naxçıvan” heyətini daha bir legionerlə gücləndirəcək. Muxtar respublika təmsilçisi yeni legionerin yolunu gözləyir.

Futbolinfo.az xəbər verir ki, heyətini gec də olsa, komplektləşdirməyi bacaran debütant yarımmüdafiə xəttinin daha da gücləndirilməsinə ehtiyac duyur. Bu səbəbdən klub rəhbərliyi yeni namizədləri nəzərdən keçirir.

Lakin naxçıvanlılar tələsik qərar verməyəcək. Lazım olan mövqelərə oyunçular alınıb, yeni transfer yalnız ən yaxşı variant ortaya çıxarsa ediləcək. Transfer pəncərəsinin son günündə özünə klub tapa bilməyən belə futbolçuların olacağına ümid edilir.

Shares: