Türkiyə klubları avrokuboklarda tarixi rekorda imza atıblar.

Futbolinfo.az xəbər verir ki, “Qalatasaray” UEFA Çempionlar Liqasında, “Fənərbaxça”, “Beşiktaş” və “Adana Dəmirspor” isə Konfrans Liqasında göstərdikləri nəticələrlə bunu bacarıblar.

Belə ki, adı çəkilən komandalar qrupa qədər baş tutan mərhələlərdə ümumilikdə 20 qələbə qazanıblar. Avrokubok tarixində heç bir ölkə təmsilçiləri təsnifat mərhələlərində bu nailiyyətə imza ata bilməmişdilər.

“Fənərbaxça” və “Beşiktaş” 6, “Qalatasaray” 5, “Adana Dəmirspor” isə 3 matçda qələbə qazanmağı bacarıblar. Bu komandalardan yalnız sonuncu avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının, “Fənərbaxça” və “Beşiktaş” isə Konfrans Liqasının qrup mərhələsində çıxış edəcək.

Shares: