Sloveniya milli komandasının lideri Luka Donçiç Avstraliya üzərində qələbədən sonra hakimlərdən narazılığını ifadə edib.

“Son periodda qısa zaman kısiyində 3 dəfə cəzalandırıldım. İkisinin haqlı olduğunu düşünürəm. Ancaq bir cərimənin nəyə görə verildiyini anlaya bilmirəm. Karyeramda ilk dəfədir ki, fitdən sonra atışa görə texniki fol verildiyinin şahidi oldum. Bu, absurd bir şeydir.

Oyuna gəldikdə isə komanda yoldaşlarımın hər şeyi düzgün etdiyini vurğulamalıyam. Rəqib daha çox mənə qarşı təzyiq etməyə çalışırdı. Ancaq komanda halında bunun öhdəsindən gələ bildiyimizi söyləməliyəm. Fikrimcə , ABŞ və Kanada milli komandaları çempionatın favoritləridir. Biz isə öz yolumuzla getməliyik. Ən vacib olanı qarşıdakı oyundur”.

Xatırladaq ki, Avstraliya üzərində qələbədən sonra Sloveniya milli komandası Litva, ABŞ və Kanada kimi ¼ finala vəsiqə əldə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp