Almaniya Bundesliqasında 3-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu gündə daha iki qarşılaşma baş tutub.
“Ayntraxt” – “Köln” matçında qalib müəyyənləşməyib. “Union Berlin” isə evdə “Leypsiq”ə böyük hesabla uduzub.
Hazırda “Bayer” və “Bayern” 9 xalla zirvəyə şərikdirlər. “Ştutqart”, “Leypsiq”, “Union Berlin”, “Hoffenhaym”, “Volfsburq” və “Frayburq” 6 xal toplayıblar.
Almaniya Bundesliqası
3-cü tur
1 sentyabr
Borussiya (Dortmund) – Haydenhaym 2:2
Qollar: Brandt, 7. E.Can, 15-pen – E.Dinkçi, 61. Klayndinst, 82-pen.
2 sentyabr
Auqsburq – Bohum 2:2
Qollar: Belyo, 35. Demiroviç, 62 – Asano, 45+3; 64.
Bayer – Darmştadt 5:1
Qollar: Bonifase, 21. Palasio, 49. Bonifase, 61. Hofmann, 67. Hlojek, 83 – Vilhelmsson, 25.
Hoffenhaym – Volfsburq 3:1
Qollar: Bruks, 45+2. Beyer, 60. Skov, 74 – Tomas, 36.
Ştutqart – Frayburq 5:0
Qollar: Fuhrix, 8; 62. Jirassi, 17; 19. Millot, 75.
Verder – Maynts 4:0
Qollar: Duks, 3. Staqe, 53. Bittenkur, 82. Njinma, 83.
Borussiya (Mönhenqladbah) – Bayern 1:2
Qollar: İtakura, 30 – Sane, 58. Tel, 87.
3 sentyabr
Ayntraxt – Köln 1:1
Qollar: Nkunku, 87 – Kaynts, 43-pen.
Union Berlin – Leypsiq 0:3
Qollar: Simons, 51. Şeşko, 85; 87.