“Olimpiakos” heyətini iki yeni futbolçu ilə gücləndirib. Daniel Podense və Stevan Yovetiç karyerasını Yunanıstan klubunda davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, pireylilər 2020-ci ildə 20 milyon avroya “Vulverhempton”a satdığı Podenseni indi bir illik icarəyə götürüb. 27 yaşlı portuqaliyalı yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi gələn yay başa çatacağından onun geri qayıtmayacağı aydındır.

Yovetiç isə “Olimpiakos”a azad agent kimi gəlib. Bir vaxtlar dünya ulduzu olacağı deyilən monteneqrolu “Mançester Siti”, “İnter”, “Sevilya” və “Monako”da ümidləri doğrultmadı. İndi isə 33 yaşlı hücumçu iki il oynadığı “Herta”nı azad agent kimi tərk edib. Onunla bir illik anlaşma imzalanıb.

Shares: