Milli komandamızın hücumçusu Renat Dadaşov “Qrasshopper” ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, artıq start götürmüş mövsümü icarə əsasında “Hatayspor”da keçirəcək 24 yaşlı futbolçu bununla bağlı paylaşım edib: “Salam, “Qrasshopper” ailəsi. Kluba necə minnətdar olduğumu sözlə ifadə etmək asan deyil. Həyatımda yeni səhifə başlayır. Kluba və azarkeşlərə uğurlar arzu edirəm”.

Xatırladaq ki, İsveçrə klubu Renatın müqaviləsini 2025-ci ilin yayına qədər artırıb və bir mövsümlük “Hatayspor”a icarəyə verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp