“Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.

O, qurumun Berlində təşkil olunan Assambleyası çərçivəsində bu gün keçirilən seçkidə klubların səs çoxluğunu qazanıb. Bununla da Əsgərov beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.

Avropa Klublar Birliyi özündə qitənin 500-dək klubunu birləşdirir. Azərbaycandan həmin təşkilatda “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Sumqayıt” təmsil olunur. Əsgərovun namizədliyini Avropanın bir neçə aparıcı klubu irəli sürmüşdü.

40c8cc5c 9f7b 4344 8c23 c158afb85380 - Futbolinfo.az

Qeyd edək ki, 2008-ci ildə təsis olunan ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. Qurum Avropada klubların maraqlarını müdafiə edir. Qitənin bütün TOP-klubları bu quruma üzvdürlər. Avropada klub yarışları (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) məhz ECA-nın tövsiyəsindən sonra UEFA tərəfindən nəzərə alınmaqla keçirilir.

187991 5389l5205r - Futbolinfo.az

Ümumiyyətlə, ECA bu gün Avropa klubları üçün böyük əhəmiyyət daşıyan, söz sahibi olan mötəbər qurumdur. ECA-ın İcraiyyə Şurasında 24 nəfər təmsil olunur. Bugünkü seçkiyə qədər quruma və Şuraya PSJ-nin prezidenti, məşhur ərəb iş adamı Naser Əl-Xəlaifi rəhbərlik edir. Həmçinin Şura üzvlüyündə “Ayaks”, “Atletiko”, “Arsenal”, “Tottenhem”, “Borussiya” (Dortmund),  “Bayer”, “Roma”, “Milan”, “Fənərbağça” kimi klubların rəhbər şəxsləri də təmsil olunub.

15da9d8e 81e1 4009 a5a9 617c6c31090b - Futbolinfo.az
Shares: