“Mançester Yunayted” daha bir futbolçu ilə vidalaşa bilər. Baş məşqçi Erik ten Haqla yola getməyən Ceydon Sanço yol üstədir.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçisi “Arsenal”la son Premyer Liqa matçına aparılmamasından narazı idi. Məşqçi oyunçu hazır olmadığı üçün bu qərarı verdiyini bildirmiş, Sanço isə sosial şəbəkədə paylaşım edərək onu yalançılıqda suçlamışdı.

Avropada transfer pəncərəsi bağlandığı üçün Ceydonun başqa kluba keçmək imkanı yoxdur. Amma onun fərqli qitəyə getməsi mümkündür. Səudiyyə Ərəbistanının bir neçə klubu hələ sentyabrın 10-dək heyətinə oyunçu qata bilər və Sançoya konkret təklif göndərənlər var. Ad açıqlanmasa da, bu ölkənin bir təmsilçisinin son anda futbolçunu icarəyə götürməsinin mümkün olduğu deyilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp