İlkay Gündoğan “Mançester Siti”ni “Barselona”ya dəyişməyə qərar verərkən çətin anlar yaşayıb. O, uzun illər oynayıb heyətində uğurlar qazandığı klubdan arzularının komandasına keçməyin asan başa gəlmədiyini deyir.

Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü qərarını “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolaya bildirərkən əziyyət çəkib: “Pepə “Siti”dən ayrılmaq qərarımı bildirmək indiyə qədər reallaşan ən çətin telefon danışığım idi. Duyğusal söhbət alındı, amma Qvardiola mənim adıma xoşbəxt idi. Onun qəlbinin və uşaqlığının klubuna daşınırdım”.

Türkəsilli yarımmüdafiəçi 7 il “şəhərlilər”in şərəfini qoruyub. 31 yaşlı oyunçu bu yay azad agent kim yollandığı “Barselona” ilə 2+1 illik müqavilə bağlayıb.

Shares: