Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ikinci yarış günündə 3 cüdoçumuz tatamiyə çıxacaq.

Futbolinfo.az xəbər verir ki, 8 sentyabrda oğlanlar arasında -73 kq. çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -81 kq. çəkidə Ömər Rəcəbli güclərini sınayacaq.

Yarış Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Shares: