Dopinq testi pozitiv nəticə verən Pol Poqba diskvalifikasiya edilib. Amma Fransa yığmasının üzvü özünü günahkar hesab etmir.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin şərəfini qoruduğu “Yuventus” da cəzadan narazıdır və etiraz üçün müraciət edəcək. Həm futbolçu, həm də klubu Poqbanın qurban olduğunu, istəmədən belə problemə bulaşdığını deyir.

“Yuventus”un həkimləri Poqbanın testosteron testinin pozitiv çıxmasının səbəbini ABŞ-dən alınan bir qidadan qaynaqlandığını düşünür. Bu qidanı fransalıya sözügedən ölkədə yaşayan həkim dostu məsləhət bilibmiş. Turin klubunun tibbi heyəti bundan xəbərsiz olub, futbolçu onlarla məsləhətləşməyə gərək görməyib.

Shares: