Yüngül çəkili döyüşçümüz Nəriman Abbasov (29 qələbə, 4 məğlubiyyət) noyabrın 4-də Bakıda keçiriləcək “RIZIN LANDMARK 7” turnirində növbəti görüşünü keçirəcək. “MMA xəbər”in məlumatına görə, onun rəqibi rusiyalı Əli Abdulxalikov olacaq (12-2).

29 yaşlı Abbasov sonuncu döyüşündə Canıbek Beişebekoğlunu (13-9) üçüncü raundda məğlub edib. Döyüş martın 18-də Qazaxıstanın Almatı şəhərindəki “NFC 50”-də baş tutmuşdu.

30 yaşlı Abdulxalikov isə sonuncu döyüşündə Tatsuya Saikə (9-4) ilk raundda nokautla qalib gəlib. Döyüş aprelin 29-da Yaponiyanın paytaxtı Tokiodakı “Rizin FF”də keçirilmişdi.

Shares: