Dünən keçirilən oyunlardan sonra kişi voleybolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib. Yarımfinalların hər ikisində favoritlər ciddi çətinlik çəkmədən qələbə qazanıb.

İlk yarımfinalda Polşa yığması Sloveniyaya qalib gəlib. Qızıl medal uğrunda görüşdə polyaklar Fransaya qalib gələn (3:0) İtaliya komandası ilə qarşılaşacaqlar.

Polşa – Sloveniya 3:1 (23:25, 25:21, 25:20, 25:21)

İtaliya – Fransa 3:0 (25:21, 25:19, 25:23)

Shares: