“Yuventus” yeni müqaviləyə hazırlaşır. Turinlilər əsas heyət üzvlərindən biri ilə yeni anlaşma imzalayacaq.
Futbolinfo.az xəbər verir ki, “Qoca Sinyora” yarımmüdafiəçisi Manuel Lokatelli ilə mövcud müqavilənin müddətini 2027-ci ilin yayınadək uzadacaq. 25 yaşlı oyunçu ilə razılıq əldə olunub, yalnız rəsmi imzalanma mərasmi qalıb.
“Milan”da yetişən, sonradan “Sassuolo”ya satılan Lokatelli 2021-ci ildən “Yuventus”dadır. Öncə iki il icarədə olan futbolçu bu yay 30 milyon avroya brdəfəlik transfer edilib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatırdı.