Mik Şumaher 2024-cü il mövsümündə “Uilyams” komandasında çıxış etməyəcək. İnsayderlərin məlumatına görə, “Mercedes”in ehtiyat pilotu növbəti mövsümdə də peletonda yer almayacaq.
Alman komandasının icraçı direktoru və həmsahibi Toto Volf Mik Şumaheri “Uilyams”ın heyətinə salmağa çalışıb. Lakin “Mercedes”in keçmiş baş strateqi, hazırda isə “Uilyams”ın rəhbəri olan Ceyms Vouls Şumaherin simulyator məlumatlarını nəzərdən keçirdikdən sonra pilotdan imtina edib.
F2-də çempion olan və “Aston Martin”in ehtiyat pilotu Felipe Druqoviçin İngiltərə komandasında Loqan Sargenti əvəz etmək üçün əsas favorit olduğu bildirilir.