Ənvər Əl Qazi tezliklə yeni klubuna qovuşacaq. Mərakeş əsilli niderlandlı futbolçu Almaniyada oynamağa yaxındır.
Transfer pəncərəsi bağlansa da, 28 yaşlı sağ cinah hücumçusunun problemi yoxdur. PSV ilə müqaviləsi başa çatdığından onun azad agent kimi seçim etmək imkanı var.
Futbolçu “Maynts”la razılıq əldə edib. 2024-cü ilin yayınadək bağlanacaq anlaşmanın sonradan daha bir il uzadılması mümkündür. Tibbi müayinədən keçən oyunçu özünü isbatlaya biləcəyi halda Almaniya klubunda uzun müddət qalması mümkündür.
“Ayaks”, “Lill”, “Aston Villa”, “Everton” kimi klublarda oynamış Əl Qazi bu yay heç kimlə razılaşa bilməmişdi. Oyunçu İngiltərəyə qayıtmaq istəsə də, “Aston Villa” onun dönüşünə razılıq verməmişdi.