Karlos Auqusto seçim qarşısındadır. O, tezliklə hansı milli komandada oynayacağını müəyyənləşdirməlidir.

Futboinfo.az xəbər verir ki, müqavilə ilə 2025-ci ilin yayınadək “Montsa”ya məxsus olan, “İnter”in transfer hüququnu almaq şərti ilə bir illik icarəyə götürdüyü yarımmüdafiəçi yaxın günlərdə qərarını açıqlamalıdır. Braziliyada doğulan, 2020-ci ildə İtaliyaya köçən futbolçu bu ölkələrdən birinin yığmasında oynamalıdır. Son illər milliləşməyə meyl edən İtaliya Futbol Federasyası Auqustoya təklif göndərib. Bu ölkə ilə qan bağı olan oyunçu “hə” deməyə yaxın olsa da, xəyalı Braziliya millisində oynamaqdır.

“İnter”də mövsümü əla start verməsinə görə son günlar daha çox diqqət çəkən Auqustonun milli komandaların növbəti toplanışında hansı düşərgəyə gedəcəyi bəlli olacaq.

Shares: