“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer” mövsümə əla başlayıb. Leverkuzenlilər avrokubokun ilk turunda “Hakken”i 4:0 hesabıyla məğlub etməklə yanaşı, Bundesliqada da uğurla irəliləyir.
Futbolinfo.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri bu mövsüm keçirdiyi 6 matçda 5 qələbə qazanıb. Qələbəsiz yeganə oyun isə səfərdə “Bayern”lə heç-heçə başa çatan qarşılaşmadır. “Bayer” bu oyunlarda 25 qol vurub, 5 top buraxıb.
Leverkuzenlilərdə 6 qol və 1 məhsuldar ötürmə ilə oynayan Viktor Boniface və 3 qol, 4 asistlə çıxış edən Florian Virtz “Qarabağ” üçün də başağrı olacaq.