Ebereçi Eze yeni müqavilə bağlayacaq. “Kristal Pelas” aparıcı oyunçusunu itirməmək üçün onun yüksək maaş tələbləri ilə razılaşmağa məcbur olub.
Futbolinfo.az xəbər verir ki, 2020-ci ildən “Kristal Pelas”da çıxış edən Nigeriya əsilli ingiltərəli yayda “Mançester Siti”nin transfer siyahısına düşmüşdü. Amma o, daim oynamaq istədiyi üçün rahat olduğu hazırkı klubunda qalmağı üstün tutdu.
25 yaşlı yarımmüdafiəçi tezliklə iki il sonra başa çatacaq müqaviləsinin müddətini daha da uzadacaq.