Neymar Kriştianu Ronaldonun yolu ilə gedir. Portuqaliyalı “Əl Nəsr”ə keçdikdən sonr baş məşqçi Rudi Qarsiyanın başqa mütəxəssislə əvəz edilməsinə nail olmuşdu. İndi isə brazilyalı hücumçu rəhbərlikdən eyni şeyi istəyir.

Futbolinfo.az xəbər verir ki, “Əl Hilal”ın yayda heyətinə qatdığı ulduz baş məşqçi Jorje Jesusla yola getmir. O, Asiya Çempionlar Liqasında uğursuz bitən ilk oyundan sonra portuqaliyalı ilə dalaşıb. Çalışdırıcı Neymarı yaxşı oynamamasına görə tənqid edib, bu isə futbolçunun xoşuna gəlməyib.

Neymar klub rəhbərliyi ilə görüşərək Jesusun istefa verməsini istəyib. O, “Əl Hilal”ın uğur qazanması üçün daha yaxşı məşqçiyə ehtiyac duyduğunu bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp